Ət, kartof, buğda idxalı artıb


Azərbaycana ötən il 979,5 mln. dollar həcmində yeyinti məhsulları idxal olunub.


Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, yeyinti məhsullarının idxalında illik 7,82% azalma qeydə alınıb.

Hesabat ilində ət idxalı 2,04% artaraq 19,9 mln. dollara, meyvə-tərəvəz idxalı 2,3 dəfə artaraq 58,1 mln. dollara, buğda 0,98% artaraq 296,8 mln. dollara çatıb. Bu müddətdə süd, yağ və şəkər idxalında isə əksinə azalma müşahidə olunub. Şəkər idxalı illik 39,35% azalaraq 124,5 mln. dollar, kərə yağı 10,85% azalaraq 22,4 mln. dollar, süd idxalı 23,44% azalaraq 5,8 mln. dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycanın xarici ticarət dövriyyəsi illik müqayisədə 33,44% azalaraq 2015-ci ildə 20 645,9 mln. dollar olub. İdxal əməliyyatlarının həcmi 0,36% artaraq 9 221,4 mln. dollar, ixrac isə 47,66% azalaraq 11 424,5 mln. dollar olub.

Hesabat ilində xarici ticarət dövriyyəsinin müsbət saldosunda kəskin azalma qeydə alınıb. Xarici ticarət dövriyyəsinin müsbət saldosu 2014-cü illə müqayisədə 5,7 dəfə azalaraq 12,6 mlrd. dollardan 2,2 mlrd. dollara düşüb.
Azərbaycanın 165 ölkə ilə ticarət etdiyi hesabat ilində ölkədən 2 477 çeşiddə mal ixrac olunub, ölkəyə idxal olunan mal çeşidi isə 6 231 ədəd təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu