İpoteka kreditləri yeni əsaslarla veriləcək


Fevraldan etibarən ipoteka kreditləri yeni əsaslarla veriləcək. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Virtualaz.org saytı “Report”a istinadən xəbər verir ki, Elman Rüstəmov ipoteka kreditlərindən danışaraq bildirib:

“Maliyyə Nazirliyi tərəfindən ipoteka kreditlərinin güzəşt və kommersiya hissələrinin genişləndirilməsi üzərində işlər aparılır. İpoteka kreditlərinin verilməsi üzrə digər ölkələrin təcrübəsi nəzərdən keçirilir və araşdırmalar aparılır. Yəqin ki, yaxın zamanda, ən geci gələn ay ipoteka kreditlərinin yeni əsasda verilməsinə başlanacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu