"Azərbaycanda bankların çoxu müflis olub"


“Hazırda ölkədə fəaliyyət göstərən banklar acınacaqlı vəziyyətdədirlər. Onların çoxu müflis olub. Maliyyə vəziyyəti ağır olan banlar tezlikdə ya birləşdiriləcək, ya da ləğv olunacaq”


Bunu AzVision.az-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov deyib.

Ekspertin sözlərinə görə, manatın ucuzlaşmasından sonra bankar kredit borclarını geri qaytara bilmir, bu da onların vəziyyətini ağırlaşdırıb.

“Hazırda banklar ağır durumdadırlar. Kredit borcları, bundan əlavə əhalinin əmanətlərini geri çəkməsi bankların işini daha da çətinləşdirib. Bu baxımdan demək olar ki, vəziyyət yaxşı deyil. Hazırki şəraitdə bankların bir çoxu bağlanmalı və nəticədə 15 bank qalmalıdır”.

Ə.Həsənov hesab edir ki, bankların ləğv edilməsi prosesi davam edəcək: “Bu yaxınlarda “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul edildi və bu qanun fevralın 1-dən qüvvəyə minəcək. Buna qədər Mərkəzi Bank bağlamaq istədiyi bankları bağlayacaq. İndi bağladığı banklar üzrə əmanətlər tam sığortalı deyil. Həmin banklarda yalnız 30 min manata və 18 750 ABŞ dollarınadək əmanətlər sığortalanıb. Son bağlanan 3 bankda 30 minədək əmanətlər çox azdır. Buna görə də Əmanətlərin Sığortalanması Fondundan pul çox çıxmayacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu