Nazirliyin 5 müəssisəsi birləşdirildi


Kənd Təsərrüfatı Nazirliyinin 5 aqrar müəssisəsi birləşdirilib.


Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq Abşeron rayonundakı “Güzdək” qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC “S.Əliyev adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC, “Qobu” dəvəçilik üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC və “Abşeron rayon meyvə tingliyi üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC birləşdirilib.

Onların bazasında Kənd Təsərrüfatı Nazirliyinin “Abşeron Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılıb.

Bununla əlaqədar olaraq yuxarıda adları qeyd olunan MMC-lərin kreditor borcları və digər hüquqi və fiziki şəxslərə olan borcları barədə Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış ləğvetmə komissiyasına ( Ünvan: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi,40) iki ay ərzində müraciət etmək xahiş edilir. (azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu