Azərbaycan Türkiyəyə elektrik enerjisi satmağa başlayıb


"Gürcüstan Dövlət Elektrik Sistemi" iki istiqamətdə - Azərbaycandan Türkiyəyə və Rusiyadan Ermənistana tranzit dəhlizi funksiyasını həyata keçirməyə başlayıb.


"Qruziya Online" saytı xəbər verir ki, fevralın 7-dən etibarən Azərbaycandan Türkiyəyə təxminən 80 MVt miqdarında elektrik enerjisinin tranzitinə başlanılıb.

Rusiyadan Ermənistana orta hesabla 30 MVt miqdarında elektrik enerjisinin tranziti isə fevralın 5-dən həyata keçirilməyə başlayıb.

Nəticədə, Gürcüstan elektrik enerjisinin tranzitindən ayda 1 milyon lari gəlir əldə edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu