Səudiyyə Ərəbistanı nefti bahalaşdırmağa hazırlaşır


Səudiyyə Ərəbistanı neftin ucuz qiymətləri siyasətindən imtina edir.

Afn.az Rusiya mətbuatına istinadən xəbər verirki, ölkənin milli neft kampaniyası Asiya müştəriləri üçün güzəştləri kəskin azaldıb, neft naziri isə bazarın sabitləşməsinə işarə edib.
Rusiyanın NTV telekanalı xəbər verir ki, Səudiyyə Ərəbistanının milli neft kampaniyası olan "Saudi Aramco" asiyalı müştərilər üçün güzəştləri aprel ayından 1 dollar 40 sent azaldacağını elan edib. Bu, 2012-ci ilin yanvarından bəri ən maksimal qiymət artımıdır. Bundan sonra neft satışında tətbiq edilən güzəştlər cəmi 90 sent olacaq.
Son aylar Səudiyyə Ərəbistanı tələbi üstələyən təkliflər fonunda bazardakı payını saxlamağa çalışaraq nefti böyük güzəştlərlə satırdı. Bu da qara qızılın qiymətlərinin daha da ucuzlaşmasına səbəb olurdu. İndi isə Asiya bazarında canlanmanı görən Krallıq böyük güzəştlərdən imtina etmək qərarına gəlib.
Bir qədər əvvəl Səudiyyə Ərəbistanının neft naziri ən-Nuaymi dünya bazarında neftə tələbatın tədricən artdığını və qiymətlərin stabilləşməsinin təzahürlərinin göründüyünü təsdiqləyib.
Səudiyyə Ərəbistanından gələn xəbər və bəyanatlardan sonra London birjasında brent markalı neftin aprel fyçerslərinin qiymətləri 7 sent bahalaşaraq barreli 60,62 dollara çatıb. WTI markalı neftin barrelinin qiyməti isə Nyu-York əmtəə birjasında 22 sent bahalaşıb və 51,75 dollardan satılır.

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu