"Nar" Azərbaycanın internet provayderlərindən birini alıb


“Nar” ölkənin ən iri sabit internet provayderindən biri olan “CityNet”i satın alıb.


Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, “Nar”ın çoxfunksiyalı rabitə strategiyası, ev və biznes üçün yüksək sürətli və keyfiyyətli sabit internet xidmətlərindən rəqabətədavamlı qiymətlərlə təqdim edilməsini nəzərdə tutan uzunmüddətli proqramdır.

Hazırda “CityNet” Abşeron ərazisində FTTx (fiber optik) və ADSL (Assimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyaları əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini təklif edir. Bu birləşmə nəticəsində “Nar” operatorunun mobil həllərinin dəstəyi ilə “CityNet” inkişaf dinamikasını artırmaq və yeni cəlbedici xidmətlər təqdim etmək imkanı qazanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu