​"Kapital Bank" yeni kredit kampaniyasına başlayıb


"Kapital Bank" ASC müştərilərin gündəlik tələbatını qarşılamaq məqsədilə "Ayda 55 manata 1 000 manat kredit" məhsulunu təqdim edib.


Bu barədə "Report"a Bankdan məlumat verilib.
Qeyd edək ki, bu kredit məhsulundan "Kapital Bank"dan əmək haqqı və ya təqaüd alan müştərilər faydalana bilər. Kreditin rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi, maaş və ya təqaüd kartı tələb edilir. Məbləğ kredit üzrə mütəxəssisin rəyi əsasında ilkin təhlildən sonra dəqiqləşdirilir.
Kreditin komissiyası 1%, illik faiz dərəcəsi 27,92%, müddəti isə 24 aydır.
Bildirilir ki, müştərilər "Kapital Bank"ın saytından onlayn müraciət formasını doldurub kredit üçün müraciət edə bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu