​Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası keçirilir


Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclası işə başlayıb.


"Report" xəbər verir ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.
Toplantıya həmçinin Cənub Qaz Dəhlizi layihəsinin iştirakçısı olan ölkələr - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Xorvatiya, Serbiya, Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın yüksək vəzifəli şəxsləri, habelə Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin və beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri qatılıb.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclası üç plenar sessiya və dəyirmi masadan ibarət olacaq. Birgə Bəyannamənin imzalanması və energetika naziri Natiq Əliyev, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç və ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstaynın KİV üçün birgə bəyanatla çıxışı nəzərdə tutulub.
Xatırladaq ki, müvafiq layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasınin yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb və Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Energetika Nazirliyinə tapşırılıb. Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ilk iclası ötən il fevralın 12-də keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu