Ceyhan limanından ixrac olunan Azərbaycan neftinin həcmi 9% artıb


Bu ilin fevral ayı ərzində 2 387 142 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb.


"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu göstərici ötən ilin fevral ayından 1,8% artıqdır.
Fevralda Ceyhan limanından ixrac olunan həcmin 1 342 125 tonunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib ki, bu da ötən ilin analoji ayından 17,6% azdır.
Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 5 235 233 ton təşkil edib. Bu ilin iki ayında Ceyhan limanından ixrac olunan xam neftin həcmi ötən ilin yanvar-fevral aylarından 8,5% çox olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il martın 1-dək Ceyhan limanından 296,429 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb.
Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu