Hesablama Palatasının xərclər smetası azaldılıb


2016-cı il üçün Hesablama Palatasının xərclər smetası 47 026 manat və ya 1,24% azaldılıb.


"Report"un məlumatına görə, bu, “Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı layihədə öz əksini tapıb.
Dəyişikliyə əsasən, bu il üçün Hesablama Palatasının xərclər smetası 3 mln. 778 min 468 manat təşkil edəcək. Qeyd edək ki, ötən ilin oktyabrın 20-də Milli Məclis Hesablama Palatasının xərclər smetasını 3 mln. 825 min 494 manat səviyyəsində təsdiqləmişdi.
Layihə parlamentin bu gün keçirilən iclasında qəbul olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu