"​Beynəlxalq Sığorta Şirkəti" mal-qaranı sığortalayacaq


“Beynəlxalq Sığorta Şirkəti” ASC Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC tərəfindən keçirilən tenderin qalibi olub.


Bu barədə "Report"a şirkətin mərkəzi ofisindən məlumat verilib.
Şirkət "Aqrolizinq"in aldığı 5 min baş cins mal-qaranı və mineral gübrələri sığortalayacaq.
Cins mal-qaranın sığortalanması üçün imzalanacaq sığorta müqaviləsinin sığorta haqqı 1 211 854 manat olacaq. Mineral gübrənin sığortalanması üzrə isə sığorta haqqı 100 343 manat təşkil edəcək.
Qeyd edək ki, “Beynəlxalq Sığorta Şirkəti” ASC 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib. Şirkət 2012-ci ildə sığorta fəaliyyətinə müddətsiz lisenziya alıb və hazırda müştərilərə 32 sığorta növü üzrə xidmət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu