Neftin qiyməti 40 dolları keçdi


Dünya bazarında neftin qiyməti 40 dolları ötüb.

Bu qiymət ötən ilin dekabrından bəri ən yüksək qiymət sayılır.

Brent markalı neftin bir barrelinin qiymətində 3,62% bahalaşma qeydə alınıb. Hazırda bu markalı neft 40,12 dollardan təklif edilir.

WTI markalı neftin qiymətində də artım var. Belə ki, 3,70% bahalaşma ilə WTI-nin bir barrelinin qiyməti 37,25 dollarda qərarlaşıb.

Xatırladaq ki, bu səhər Brent markalı neft 39,44, WTI isə 36,60 dollardan satılırdı.

Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu