​Salyanda Akkuşa çayına 30 mindən artıq balıq buraxılıb - FOTO


Salyan rayonunda Kür çayının bir qolu olan Akkuşa çayına 30 mindən artıq balıq buraxılıb.


"Report" xəbər verir ki, bu təşəbbüs rayonun Şorsulu kəndinin sakinləri tərəfindən həyata keçirilib. Həmin kəndin sakini Fuad Qəhrəmanovun verdiyi məlumata görə, son illər Akkuşa çayında balıq tükəndiyindən bu addım atılıb.
Belə ki, 50 qramlıq çəkidə olan 30 min ədəd karp və çəki balıqlarını bu gün Akkuşa çayına köçürüblər. Mart ayının sonuna qədər daha 100 min ədəd müxtəlif növ balıqların çaya buraxılması nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu