"Silk Way Airlines" Malayziya şirkəti ilə əməkdaşlığa başlayır


Azərbaycanın "Silk Way Airlines" aviasiya şirkəti "Malaysia Airlines"a məxsus "MASkargo" törəmə yük aviaşirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb.

"Report"un "Ch-aviation" portalına istinadən verdiyi məlumata görə, əməkdaşlıq iki şirkət arasında yük-məkan razılaşması, yerüstü xidmətlər və xətlərə (reyslərin) xidmətin göstərilməsini əhatə edəcək.
Sənəd həmçinin aviaşirkətlərə qlobal şəbəkə boyunca bir-birinin imkanlarından istifadə etməyə imkan verir. Bu əməkdaşlıq Kuala Lumpur və Bakı hava limanlarının regional tranzit mərkəzi kimi inkişafına şərait yaradacaq.
"Silk Way Airlines" və "Malaysia Airlines" arasında imzalanan əməkdaşlıq memorandumu hər iki şirkətin şəbəkəsinin genişlənməsini və onların bazar ehtiyaclarını ödəyəcək əməkdaşlığı ehtiva edir", - deyə malaziyalı yük şirkətinin baş icraçı direktoru Mohd Yunus İdris bildirib.
Bakının Avropa ilə Asiya arasında ideal coğrafi yerləşməsini nəzərə alaraq, "MASkargo" yükdaşımaları bizensində iştirakını genişləndirmək və ikitərəfli əlaqələri inkişaf etdirmək üçün Azərbaycanın inkişaf etməkdə olan iqtisadiyyatından da yararlanacağına ümid edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu