2 milyard dollar satılıb


Bu günə kimi Mərkəzi Bank tərəfindən təşkil edilmiş valyuta hərracları vasitəsilə banklara ümumilikdə 1,9 milyard dollardan çox valyuta satılıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə ekspert Samir Əliyev sosial şəbəkədə yazıb. Ekspert bildirib ki, vəsaitin 1.15 milyard dolları Dövlət Neft Fondunun, 786 milyon dolları Mərkəzi Bankın payına düşüb. Ən böyük satış yanvarda olub. İlin ilk ayında ümumilikdə 1 milyarddan çox dollar satılıb. Fevralda 545 milyon, martın ilk yarısında 380 milyon dollar satılıb.

Mart ayının ilk yarısında Mərkəzi Bank ehtiyatlarını qorumağa üstünlük verib və satış həyata keçirməyib. Neft Fondu isə bu müddətdə 380 milyon dollar satıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu