Azərbaycanda internetin sürətinin aşağı olması ilə bağlı araşdırma aparılıb
"Report" xəbər verir ki, bunu Dövlət Xidmətinin sədr müavini Araz Əliyev bildirib.
Onun sözlərinə görə, daxil olan müraciətlər araşdırılır: “Araşdırma nəticəsində məlum olub ki, internetin sürətinin aşağı düşməsi bir sıra hallarda təsdiq olunub. Verilən internetin sürəti uyğundur, amma abonentə çatan sürət kifayət deyil. Araşdırma zamanı şikayətlərin təqribən yarısı ya xətlərin nasaz olması, ya cihazların həmin siqnala uyğun qəbul etməsi probleminin olması, yaxud da mənzillərin özündə problemin olması ilə bağlı olub".
İnternet provayderləri və rabitə xidmətləri təqdim edən şirkətlər tərəfindən bu məsələ araşdırılıb və tədbir görülüb. Müraciət edənlər bu barədə razılıqlarını bildiriblər”, - deyə A.Əliyev qeyd edib.