​Azərbaycan tütün ixracını 60% artırıb


Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 14 432,34 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.


"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-cü ilin ilk iki ayına nisbətən 49 928,63 min dollar və ya 4,5 dəfə azdır. Nəticədə, 2016-cı ilin yanvar-fevral ayları ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 1,47%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycandan 2 615,48 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 982,08 min dollar yaxud 60,13% çoxdur. Tütün və tütün əvəzedicilərinin 2016-ci ildə ixracı ölkənin ümumi ixracının 0,21%-nə bərabər olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu