Azərbaycanda qaz hasilatı artıb


Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 6,9 mln. ton xam neft hasil olunub.


Afn.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft hasilatı ötən ilin müvafiq dövründən 1,4% az olub.
Bu ilin iki ayında 4,9 mlrd. kubmetr həcmində təbii qaz hasil olunub ki, onun da 3,2 mlrd. kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Qaz hasilatı ötən ilin iki ayına nisbətən 2,5% artıb, əmtəəlik qaz hasilatı isə 8,3% azalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu