Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatını dondurur


Rusiya və Səudiyyə Ərəbistanının nümayəndələri neft hasilatının həcminin dondurulmasına dair konsensusa nail olublar.

APA xəbər verir ki, bunu "İnterfaks"a diplomatik mənbə bildirib.

"Bu gün Səudiyyə Ərəbistanı və Rusiya nümayəndələrinin baş tutan görüşü zamanı tərəflər arasında neft hasilatının dondurulması məsələsinə dair konsensus əldə olunub", - deyə mənbə qeyd edib.

Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı ilk dəfə olaraq İranın iştirakı olmadan neft hasilatının dondurulmasına razılıq verib. Bundan əvvəl Səudiyyə Ərəbistanı İranın neft hasilatının dondurulması sazişinə qoşulmaq istəmədiyini əsas gətirərək sövdələşməyə hazır olmadığını bildirirdi.

Qeyd edək ki, İran, öz növbəsində, neft hasilatının həcmini əvvəlki səviyyəyə (sanksiyalar tətbiq olunandan əvvəl) çatdıranadək dondurulması sazişinə qoşulmaq niyyətində olmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu