Avro 90 qəpiyə düşüb


Azərbaycanda avronun məzənnəsi tarixində ən aşağı həddə düşüb.

Fins.az-ın məlumatına görə, Mərkəzi Bankın 21 yanvara olan rəsmi məzənnələrində 1 avro 0,907 manatdır. Bu, avro dövriyəyə buraxılandan indiyədək, yəni son 13 ildə Avropa valyutasının manat qarşısında ən aşağı məzənnəsidir.

Qeyd edək ki, Avropa Birliyindəki iqtisadi problemlər səbəbindən son dövrlər avro sürətlə ucuzlaşır. 2014-cü ildə avronun Azərbaycan manatına nəzərən məzənnəsi 11,67% aşağı düşüb. 2015-ci ildə isə avronun ucuzlaşması daha da sürətlənib. Belə ki, ilin əvvəlindən ötən cəmi 20 gün ərzində avronun məzənnəsi 4,75% azalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu