Gömrük orqanlarının büdcə ödənişləri ciddi artıb


Bu ilin mart ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 173 mln. 653,49 min manat təşkil edib.


"APA-Economics" komitənin açıqladığı rəsmi statistikaya istinadən xəbər verir ki, bu, 2015-ci ilin eyni ayı ilə müqayisədə 41 mln. 237,13 min manat və ya 31,1% çoxdur.


Fevral ayı ilə müqayisədə isə daxilolmalar 34 mln. 17,79 min manat və ya 24,4% artıb.



Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 44 mln. 217,05 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 12 mln. 4631,39 min manat, aksizlər üzrə 2 mln. 691,77 min manat, yol vergisi üzrə isə 2 mln. 113,27 manat təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu