Azərbaycanda I rübdə 2 mindən çox müəssisə qeydiyyatdan keçib


Bu ilin yanvar-mart aylarında Azərbaycanda 2 045 müəssisə və təşkilat, həmçinin onların nümayəndəlik və filialları yaradılıb və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 19,3% artıb.


Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yeni müəssisə və təşkilatların 61,3%-i Bakıda, 11,8%-i Aran, 7,7%-i Abşeron, 5,3%-i Quba-Xaçmaz, 5,0%-i Lənkəran, 4,5%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Bundan əlavə, 2016-cı ilin birinci rübündə fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 26 437 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 44,6% artıb.
Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu