Azərbaycanla İran birgə minik maşını istehsal edəcək


Azərbaycan və İran şirkətləri avtomobil və müvafiq ehtiyat hissələrinin istehsalı sahəsində əməkdaşlıq edəcək.


"Report" xəbər verir ki, bu gün Bakıda Azərbaycanın “Azeurocar” MMC və İranın “Iran Khodro” şirkəti arasında imzalanmış anlaşma memorandumuna əsasən, şirkətlər Azərbaycanda minik avtomobilləri və ehtiyat hissələrinin birgə istehsalını həyata keçirəcəklər.

İlkin olaraq layihə üzrə istehsal edilməsi məqsədəuyğun olan avtomobil modelləri müəyyənləşdiriləcək, sonra isə layihə üzrə biznes plan hazırlanacaq. Layihənin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi nəzərdə tutulur. Zavodun iki ilə tikilməsi planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu