Vətəndaşa edilməyən yardım banklara edilir


"Maliyyə Bazarlarına Nəzarət Palatası depozitləri qaytara bilməyən “Bank Standard” KB-na müvəqqəti inzibatçı təyin edərək 6 ay ərzində bu banka 15 milyon manatlıq dəstək verəcək. Dəstək vacibdir, amma eyni dəstəyi dollar ilə kredit götürüb devalvasiyalardan sonra ödəniş edə bilməyənlərə də göstərmək lazımdır".

AFN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bankın depoziti qayatara bilməməsi ilə vətədaşın krediti ödəyə bilməməsi arasında elə ciddi fərq yoxdur: "Təbii ki, vətəndaşların zəhmətlə qazandıqları depozitləri bütün hallarda onların özünə tam şəkildə qaytarılmalıdır. Onsuzda banklar həmin depozitlərdən istifadə etməklə xeyili gəlir əldə ediblər. Digər tərəfdən, depozitlərin qaytarılmasındakı çətinlik heç də yalnız problemli kreditlərin həcminin artması ilə əlaqədar deyil. Onsuz da əksər bank rəhbərləri uzun illər MDB məkanında ən yüksək faizli kreditlər paylamaqla böyük gəlirlər əldə ediblər. Yumşaq desək, bu banklar vətəndaşların qazandıqları pulların bir qismini uzun müddət yüksək faiz hesabına əllərindən alıblar. Belə olan halda, ödəniş edə bilməyən banklar maliyyə dəstəyi ala bilirlərsə, vətəndaşlar niyə kompensasiya almasın ki?"

FƏRİD



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu