Azərbaycan gömrük-keçid məntəqələrinin sayını artırmaq niyyətindədir


Azərbaycan-İran sərhədində olan keçid məntəqələrinin bir çoxu hazırda fəaliyyət göstərmir.


"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov deyib: "Biz çalışırıq ki, onların fəaliyyətini bərpa edək".
Ş.Bağırov bildirib ki, yeni gömrük-keçid məntəqələrinin yaradılması və mövcud olanların işinin keyfiyyətinin artırılması məqsədi ilə DGK qonşu ölkələrlə danışıqlar aparır: "Həmçinin gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçiriməsi ilə bağlı danışıqlar aparırıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu