​Azərbaycan neftinin qiyməti 50 dolları keçib


Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,20 dollar və yaxud 2,44% bahalaşıb.


"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,30 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu