Azərbaycan bu il ixracı 43% azaldıb


Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5 043 992,40 min ABŞ dolları təşkil edib.


"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 34,30% azalıb.
İdxal əməliyyatlarının həcmi illik müqayisədə 23,85% azalaraq 2 594 180,62 min dollar, ixrac isə 42,63% azalaraq 2 449 811,78 min dollar olub.
Hesabata əsasən, Azərbaycan ticarət dövriyyəsində 144 368,84 min dollar mənfi saldo qeydə alınıb. Ötən ilin müvafiq dövründə ticarət dövriyyəsinin müsbət saldosu 867 189,17 min dollar təşkil edib.
Cari ilin ilk dörd ayı ərzində Azərbaycan 152 ölkə ilə ticarət əməliyyatı aparıb. Bu müddətdə ölkədən 1 503 adda məhsul ixrac edilib, idxal olunan mal çeşidi isə 5 931 ədəd təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu