AZAL Rusiyadan 10 ədəd təyyarə alır


Rusiyanın lizinq şirkəti “İlyuşin finans” ilə “Azərbaycan Hava Yolları” QSC (AZAL) arasında “МS-21” təyyarələrinin alınması ilə bağlı memorandum imzalanıb.

“APA-Economics”in “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, müqaviləni Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin və Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Bundan başqa, müqaviləni “İlyuşin Finans Ko” MMC-nin baş direktoru Aleksandr Rubçov və AZAL prezidenti Cahangir Əsgərov imzalayıb.

Qeyd edək ki, müqaviləyə görə, AZAL Rusiyadan 10 ədəd “МS-21” sərnişin təyyarəsi alacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu