Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək


İyunun 20-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbir qurumun dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.

Biznes-forumda rəsmi şəxslərlə yanaşı sənaye, maliyyə, energetika, nəqliyyat, ticarət, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı nəzərdə tutulur.

Biznes forumda Azərbaycan və Rusiya arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq, təqdimatlar və ikitərəfli görüşlər keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu