Ələkbərov yenidən "Lukoil"in prezidenti seçildi


Vahid Ələkbərov yenidən "Lukoil" şirkətinin prezidenti vəzifəsinə seçilib.

"Lukoil"in səhmdarları illik toplantısında Ələkbərovun növbəti 5 il üçün şirkətin prezidenti vəzifəsinə seçilməsi haqqında qərar qəbul edilib.

Xatırladaq ki, Vahid Ələkbərov 1950-ci ildə Bakıda doğulub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1993-cü ildən "Lukoil"a rəhbərlik edir. O, şirkətin səhmlərinin 22,96%-ə sahibdir. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu