AÇG yataqlar blokundan indiyədək 404,1 mln ton neft hasil edilib


Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri, Çıraq və Dərinsulu Günəşli" (AÇG) yataqlar blokundan işləmənin əvvəlindən indiyədək ümumilikdə 404,1 mln. ton neft hasil edilib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

X.Yusifzadə qeyd edib ki, bu həcmin 224 mln. tonu Azərbaycanın payına düşən mənfəət neftidir: "Mənfəət neftinin həcmi ilbəil artır. Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60%-ə çatacaq".

SOCAR rəsmisi qeyd edib ki, indiyədək Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 300 mln. ton neft nəql edilib. (“Report”)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu