Azərbaycan qazı Balkan ölkələrinə çatdırılacaq


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR 4 Qərbi Balkan ölkəsi ilə Anlaşma Memorandumu imzalayıb.

Xorvatiya mətbuatı yazır ki, avqustun 25-26-da Dubrovnik Forumu çərçivəsində imzalanan Anlaşma Memorandumu İon-Adriatik Qaz Kəməri (IAP) layihəsinin gələcək inşası ilə bağlıdır. Memorandum SOCAR və Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında inzalanıb.

Qeyd edək ki, Xorvatiya, Monteneqro və Albaniya Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi ehtimal edilən İAP üzrə bəyannamə 2007-ci ildə imzalanıb. Bu kəmər ilə illik 5 mlrd. kubmetr qazın nəql edilməsi nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu