ABŞ Azərbaycanda ticarət missiyası yaratdı


ABŞ-ın ticarət missiyası sentyabrın 15-16-da Azərbaycanda səfərdə olacaq.

Virtualaz.org Amerika-Azərbaycan Ticarət Palatasının rəsmi saytına (USACC) istinadla bildirir ki, ticarət missiyası kiçik və yerli biznesin inkişafı departamentinin (Exportdc) dəstəyi ilə təşkil olunub.

Missiyanın tərkibinə ixtisaslaşmış kiçik və orta Amerika şirkətləri, o cümlədən "Yaşıl maliyyə", strateji və məsləhət xidmətləri, satış və marketinq avtomatlaşdırma xidmətləri, landşaft memarlığı, planlaşdırma və şəhər dizayn xidmətləri, konsaltinq infrastruktur layihələri, informasiya texnologiyaları, dizayn və proqram hazırlanması, müdafiə məhsulları və xidmətləri, mülki mühəndislik, geodeziya və landşaft memarlığı, səhiyyə, təhsil konsaltinq xidmətləri və s. daxildir. Missiyada "Browne and Associates", "Cube84", "Symbiosis DC", "Synergetic Information Systems", "C.L. Russell Group", "Zura Consulting", "West Coast Connections" şirkətləri də yer alacaq.

Səfər çərçivəsində ticarət missiyası bir sıra görüşlər keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu