Dollar niyə bahalaşır?- "Manatı "reanimasiya"dan çıxarmaq olmayacaq"


İqtisadi Təqdiqatlar Mərkəzinin rəhbəri, ekspert Qubad İbadoğlu milli valyuta-manatın dəyərdən düşməsinin iqtisadi səbəbləri ilə bağlı fikirlərini bildirib.

AFN.az-ın məlumatına görə, "yenidən valyuta bazarlarında gərginlik var" deyən ekspert daha sonra qeyd edib: “Bir neçə gündür ki, valyuta satışının əsas dövriyyəsi qara bazarlarda müşahidə olunur. Rəsmi və qeyri rəsmi məzənnələr arasında fərq 10 faizə yaxınlaşır.

Azərbaycanda yaranmış dollar qıtlığının başlıca səbəbini FED-in gözlənilən qərarında deyil, milli iqtisadiyyatda, xüsusilə də qeyri-neft ixracatında yaranmış acınacaqlı vəziyyətlə, ölkədən kapital axını və Mərkəzi Bankın mövcud situasiyaya adekvat olmayan yalnış siyasəti ilə izah etmək olar. Diqqət edin. Gömrük məlumatına görə, bu ilin 6 ayında ümumi ixracat gəlirləri 3 milyard 821 min 500 dolar, ondan qeyri-neft ixracı 584 milyon 500 min dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz azdır. Beləliklə də adambaşına son 6 ayda ümumi ixrac 402 dollar, qeyri-neft bölməsinin ixracı isə 61,5 dollar olub. Ölkənin orta aylıq ümumi ixracatı 636,8 milyon, qeyri-neft ixracatı 97,4 milyon dollara bərabərdir.

Deməli, əgər neft və qaz gəlirləri olmazsa milli iqtisadiyyatın indiki potensialı ilə valyuta gəlirlərimiz aylıq 100 milyon dollardan da aşağı düşərdi. Halbuki, bu ilin ilk 6 ayında ölkəyə idxal mallarını gətirmək üçün 4 milyard, hər ay 666 milyon dollarlıq valyuta xərclənib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu