Mərkəzi Bankın ehtiyyatları artıb


Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il sentyabrın 1-nə 4 192,5 mln. ABŞ dolları təşkil edib.

AMB-dən verilən xəbərə görə, rəsmi valyuta ehtiyatlarının həcmi avqustun 1-nə olan göstərici ilə müqayisədə 29,6 mln. dollar və ya 0,871% artıb.

Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 824,2 mln. dollar və ya 16,43% təşkil edib. Keçən ilin analoji dövrünə nisbətən isə ehtiyatlar 3122,9 mln. dollar və ya 42,69% azalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu