İxracatla bağlı göstəricilər həyacan təbili çalır- ŞƏRH


Bu ilin ilk 7 ayında ixracat keçən ilin müvafiq dövrünə nisbətən 38.57 % azalıb. Əsas ixrac məhsulu olan xam neft və neft məhsullarının ixracatından gəlirlərin azalması yalnız neftin dünya bazar qiymətləri deyil, həmçinin ixtacat bağlı göstəricilərin pisləşməsi ilə bağlıdır. Gömrük məlumatına görə, bu ilin 7 ayının yekunlarına əsasən, xam neft ixracatı 1 milyon 3 04 min ton və ya 9,6 faiz azalıb. Dövr ərzində azalma tendensiysı neft məhsullarının icracatında da müşahidə olunub. Belə ki, xam netin ixracatı bu ilin 7 ayında keçən ilə nisbətən 407 min 412 ton və ya 31, 7 faiz azalıb.

İqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə, iхracda əsas malların struktur təhlili göstərir ki, bu ilin il 7 ayında xam neftin satışından əldə edilən valyuta gəliri 3,55 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,31 milyard dollar və ya 39,5 faiz azdır. Bu dövrdə yalnız xam neft satışından gəlirlər deyil, həm də neft məhsullarının ixracatında qazanc 259 milyon dollar və ya 54,3 faiz azalıb. Müqayisə olunan dövr ərzində təbii qaz ixracatı 20 milyon kub metr artsa da, onun satışından əldə edilən gəlir 2,5 milyon dollaradək az olub. Beləkiklə də neft-qaz gəlirləri bu ilin ilk 7 ayında ötən ilin müvafiq dövrünə nisbətən 2,57 milyard dollar azalıb: "İxracatda narahat edici əsas məqamlardan biri də neft-qaz gəlirlərinin azalması ilə yanaşı qeyri-neft bölməsinin ixracatının da aşağı düşməsidir. Təəssüf ki, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından 6 ay, ilk devalvasiyadan 1 il 7 ay ötməsinə baxmayaraq bu sahədə nəinki irəliləyiş, hətta geriləmə vardır. Belə ki, bu ilin 6 ayının gömrük məlumatına görə, qeyri-neft bölməsinin ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq cəmisi 584,5 milyon dollar təşkil edib. Qeyri-neft bölməsinə məxsus olan ixrac məhsullar struktur təhlili göstərir ki, ötən illə müqayisədə bu ilin ilk 7 ayında ən çox artım meyvə və tərəvəzdə olmuş və bu növ məhsulin ixracatından 41,2 milyon dollar çox gəlir əldə edilmidir. Təhlil olunan dövrdə çay, şəkər, bitki və heyvan mənşəli piylər və yağlar, spirtli və spirtsiz içkilər, kimya sənayesi məhsulları, plastmassa və onlardan hazırlanan məmulatların ixracatında gəlirlər azalmış, pambıq iplik, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların ixracatında isə artım qeydə alınıb".
Qeyri-neft ixracat məhsullarının strukturunun retrospektiv təhlili göstərir ki, mövsümi amilllərin təsiir ilə növbəti aylarda bu bölmənin əsas ixrac məhsulu olan meyvə-tərəvəzin ümumi yekunda payı azalaraq, bütövlükdə qeyri-neft ixracatının mövqeyini zəiflədəcək: "Təbii ki, perspektivdə valyuta bazarında gərginliyin artacağını halda vəziyyəti bir az da mürəkkəbləşdirəcək və iqtisadi durumu ağırlaşdıracaq. Yekunda onu qeyd etmək lazımdır ki, idxalın əvəz edən yerli istehsalın təşkili və ixracatın artımı Azərbaycan manatının sabitləşdirici əsas amillərdən sayıla bilər. Bu isə milli iqtisadiyyatın liberalladırılmasını, xarici ticarətin açıqlığını və sağlam rəqabətin dəstəklənməsini tələb edir".

FƏRİD



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu