“Reklam haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılır


Azərbaycanda uzun zamandır müzakirəsi gözlənilən “Reklam haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır.

MM-dən APA-ya verilən məlumata görə, yeni qanun layihəsi fevralın 2-də keçiriləcək plenar iclasın gündəliyinə salınıb. İki fəsil və 38 maddədən ibarət yeni qanun layihəsi Azərbaycanda müxtəlif məkanlarda reklamla bağlı boşluqların doldurulması məqsədini daşıyır. Qanun layihəsi bir neçə dəfə ictimai dinləmələrdən də keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu