Azərbaycan banklarının xarici öhdəlikləri azalıb


Azalma əsasən AMB vəsaitləri hesabına təmin edilib.

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2016-cı il avqustun 1-nə 6 448,3 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına (AMB) verdiyi xəbərə görə, bu, iyulun 1-nə olan analoji göstərici ilə müqayisədə 177,5 mln. manat və ya 2,68% azdır. İlin əvvəli ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 1 756,2 mln. manat və ya 21,4% azalıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə azalma 113,1 mln. manat və ya 0,03% olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu