SOCAR istiqrazları satışa çıxarıldı


Bu gündən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkə vətəndaşları üçün nəzərdə tutulan istiqrazları satışa çıxarılıb.

Bu proses oktyabrın 10-na qədər davam edəcək.

Nominal dəyəri 1 000 ABŞ dolları olan istiqrazlar illik 5% gəlir gətirəcək. İstiqrazların məcmu nominal dəyəri 100 mln. dollardır.

Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq.

SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə bilərlər. İlkin yerləşdirmə (abunə yazılışı) zamanı SOCAR istiqrazlarını yalnız Azərbaycan Respublikası vətəndaşları və yerli şirkətlər əldə edə bilərlər. Xarici fiziki və hüquqi şəxslərin də bu istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın alması mümkündür.

SOCAR istiqrazlarını elan olunmuş investisiya şirkətlərindən "(AzFinance", "İnvestAZ", "PAŞA Kapital", "PSG-Kapital" ), 1 və 5 saylı ASAN xidmət mərkəzlərindən, Azərbaycan Beynəlxalq Bankı, "Kapital Bank", "Rabitəbank" və "Xalq Bank" ASC-lərdən əldə etmək mümkündür.

Əlavə məlumatı www.socaristiqraz.az saytından əldə etmək olar.("Report")



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu