İpək yolu üzərində birgə turizm məhsulları yaradılacaq


Mədəniyyət və Turizm Nazirliyi BMÜTT-nin İpək Yolu üzrə İşçi Qrupunun 5-ci görüşündə təmsil olunacaq.

Nazirlikdən verilən məlumata görə, 23-24 aprel tarixində Koreya Respublikasının Seul şəhərində keçiriləcək BMÜTT-nin İpək Yolu üzrə İşçi Qrupunun 5-ci görüşündə Mədəniyyət və Turizm Nazirliyi təmsil olunacaq.

Görüş çərçivəsində İpək yolu üzərində beynəlxalq turizmin təkmilləşdirilməsi strategiyaları, birgə marketinq siyasəti və turizm məhsullarının yaradılması məqsədilə mədəni əlaqələrin gücləndirilməsi və bir sıra digər mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, görüşdə İpək yolu layihəsi ölkələri və YUNESKO nümayəndələrinin, habelə BMÜTT-nin seçilmiş üzvləri iştirak edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu