Rusiya: OPEC ölkələri razılığa gələ bilməyəcək


Rusiya gələn həftə İstanbulda baş tutacaq qeyri-rəsmi görüşdə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin hasilatı azaltmaqla bağlı rəsmi razılıq əldə edəcəyini gözləmir.

AzVision.az “bloomberg.com”a istinadla xəbər verir ki, Rusiyanın energetika naziri Aleksandr Novak bu fikirdədir: “Hər hansı bir razılığın əldə olunacağını gözləmirəm. Görüşdə yalnız müzakirələr aparılacaq”.

Bu arada Rusiya və Venesuela neft bazarındakı hazırkı vəziyyəti müzakirə edəcək. Bunu Venesuela Prezidenti Nikolas Maduro deyib. O, qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı neft bazarındakı hazırkı vəziyyət əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, İstanbulda keçiriləcək XXIII Dünya Enerji Konqresi oktyabrın 9-da başlayacaq və Azərbaycan da daxil olmaqla 80 ölkədən 266 nümayəndənin iştirakı ilə baş tutacaq konqres çərçivəsində 60 iclas keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu