Əhalinin xərcində əsas yeri ərzaq tutur


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılara 21,1 mlrd. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,3% çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3,1%, qeyri-ərzaq məhsulları üzrə isə 0,9% artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8%-i və ya 10,51 mlrd. manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,6%-i və ya 3,76 mlrd. manatı toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6%-i və ya 1,39 mlrd. manatı elektrik malları və mebelin, 5,7%-i və ya 1,2 mlrd. manatı avtomobil yanacağının, 1,4%-i və ya 0,3 mlrd. manatı əczaçılıq və tibbi malların, 0,8%-i və ya 0,17 mlrd. manatı kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1%-i və ya 3,82 mlrd. manatı isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu