Məmurlar sahibkarlara necə dəstək olmalıdır?- AÇIQLAMALAR


Son vaxtlar həm kənd təsərrüfatı sahəsində, həm biznes də mühitində sahibkarlığın inkişafı üçün bəzi addımlar atılır. Bölgələrdə və paytaxtda yerli icra orqanlarının və məmurların sahibkarla dəstək olmaları üçün göstəriş verilir.

Prezident sahibkarlığın inkişafı məqsədilə son illər xüsusi dövlət proqramları. sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul edib, digər tədbirlər həyata keçirilib. Lakin yerlərdə məmurların sahibkarlara dəstəyi bir o qədər də cəlbedici görünmür. Bəzi hallarda isə yersiz müdaxilələr bir sıra problemlər yaradır.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, ciddi problem gömrükdə və vergidə var idi:

"Elə regionlar var ki, orda sahibkarlara yardım olunur. Son vaxtlar kənd təsərrüfatında pambıq, tütün istehsalına, baramaçılığa yardım var. Həm də dövlət tərəfindən nəzarətə götrülüb və işlər görülür, bütün rayonlara kənd təsərrüfatı ilə bağlı tağşırıqlar verilib. Tapşırıqlara əsasən məmurlar sahibkarlar üçün şərait yaradırlar. Bizdə çox ciddi problem gömrükdə və vergi sahəsində idi. Sonradan bunlar da müəyyən qədər aradan qaldırılıb və ASAN xidmət yaradılıb".

İqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, məmurların sahibkarlara dəstək verməsinə ehtiyac yoxdur:

"Sadəcə mane olmasınlar, yetər. Azərbaycanda bir çox dövlət qurumlarının həm qanuni yolla, həm də qeyri-qanuni yolla biznesə və iş adamlarının fəaliyyətinə müdaxiləsinə imkanlar yaradılıb. Qanuni yollar da çoxdur. Məmurların dəstəyindənsə, onlara mane olmamaları daha yaxşı olardı. Çünki biznesə azad rəqabətli mühit lazımdır. Biznesə planlarını həyata keçirmək üçün aşağı faizli və uzun müddətli kreditlər lazımdır. Biznesə xarici bazarlara çıxış üçün müəyyən vergi və gömrük güzəştləri lazımdır".

Ekspert bildirib ki, prossesləri qaydalar və qanunlar həll etməlidir: "Biznes işinə məmurların müdaxiləsinin qarşısını almaq üçün məhkəmə hakimiyyəti daha güclü və effektiv fəaliyyət göstərməlidir. Məmurlar tərəfindən hər hansı bir müdaxilə olacaqsa, problem yaranacaqsa, iş adamları məhkəməyə müraciət edib öz haqlarını və hüquqlarını bərpa edə bilsinlər. İcra strukturlarının işi biznesə şərait yaratmaqdan ibarət olmalıdır. Bir başa dəstək verməyə də ehtiyac yoxdur. Bundan əlavə hökümətin əlində kifayət qədər riçaqlar var. Bundan da istifadə edirlər. Vergi və gömrük rüsumlarının müəyyən dərəcədə dəyişdirilməsi ilə biznesin müəyyən sahələrinə dəstək olurlar. Bu davam etdirilməlidir".

Natiq Cəfərlinin fikrincə, biznesin əsas problemlərindən biri uzunmüddətli kreditə çıxış imkanlarının məhdud olmasıdır: "Bu çox vacibdir. Biznesin kredit resurslarına çıxış imkanları məhdud olduqca onların böyüməsi və inkişaf etməsi çətin olur. Əsas məsələ bunu həll etməkdir". (Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu