Neft Fondu gəlirlərinin məbləğini açıqlayıb


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu günə qədər "Azəri-Çıraq-Günəşli" neft (AÇG) və "Şahdəniz" qaz yatağının istismarından əldə etdiyi gəlirlərinin məbləğini açıqlayıb.

Bu barədə "Report"a Fonddan bildirilib.

Məlumata görə, ARDNF-nin AÇG layihəsi üzrə 2001-ci ildən bu il noyabrın 1-nə qədər ümumi gəliri 121,03 mlrd. ABŞ dolları təşkil edib. Bunun 4,021 mlrd. dolları 2016-cı ilin payına düşüb.

Fond "Şahdəniz" layihəsindən isə 2007-ci ildən bu il noyabrın 1-nə qədər 2,506 mlrd. dollar gəlir əldə edib. Bunun isə 64 mln. dolları bu il əldə olunub.

Başqa sözlə, ARDNF-nin bu iki layihə üzrə ümumi gəlirləri 123,536 mlrd. dollar olub ki, bunun da 4,085 mlrd. dolları 2016-cı ilin payına düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu