Neftdənkənar aylıq gəlirlər bir günlük valyuta hərracını belə ödəmir


Bir aylıq qeyri-neft ixracatından gəlirlər 1 günlük valyuta hərracının tələbindən də azdır.

AFN xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, gömrük məlumatlarında qeyd olunur ki, cari ilin 9 ayında ölkə üzrə qeyri-neft ixracatı 844 milyon 100 min dollar təşkil edib və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz azdır: "Bir sözlə, bu ilin 9 ayının qeyri-neft ixracatı ötən ilin eyni dövrünün ixracatının dörddə üçünə bərabər olub. tən 9 ay üzrə orta aylıq qeyri-neft ixracatı 93,7 milyon dollar təşkil edib. Lakin nəzərə alsaq ki, qeyri-neft ixracatının başlıca məhsulu meyvə və tərəvəzdir, onda çox şübhəsiz ki, mövsümi amillərin təsiri ilə sonrakı aylarda qeyri-neft ixracatı azalacaq və orta aylq səviyyə bir az da aşağı enəcək. Bu tendensiya xüsusilə də ilin son aylarında valyutaya olan tələbat artdığı dövrə təsadüf edəcək. Müqayisə üçün qeyd edək ki, hətta indiki səviyyədə belə Azərbaycanın bir aylıq qeyri-neft ixracatından olan gəlirləri valyuta bazarında hətta 1 günlük hərracın tələbini belə ödəmir. Onda ölkənin yeganə ümidi neft satışından əldə edilən valyuta gəlirlərinədir. Bu isə ildən-ilə azalır. Çünki ölkədə neft hasilatı aşağı düşür, dünyada isə neftin qiyməti ucuzlaşır. Elə bu səbəbdən də 2017-ci ilin büdcəsində 1 barel neftin orta illik qiyməti 40 dollar müəyyənləşdirilib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu