“Made in Azerbaijan”: ixrac missiyası bu dəfə Dubaya gedir
Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, AZPROMO-nun və Azərbaycan şirkətlərinin nümayəndələrinin daxil olduğu ixrac missiyası səfər zamanı “Carrefour”, “Spinneys” və “Union Co-op” kimi iri marketlər şəbəkələrində olacaq. Səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri AZPROMO və “Dubay Exports”un təşkilatçılığı ilə ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.