"Azerenerji"nin borcunu dövlət ödəyəcək


“SOCAR-ın qaz hasilatı və paylanması ilə bağlı əldə etdiyi gəlirlər çox cüzidir”

Bunu 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, kommunal xidmətlərin qiymətinin artımından sonra şirkətin əldə edəcəyi gəlirlər yalnız xərclərin bağlanmasına imkan yaradır.

S.Şərifov qeyd edib ki, "Azərenerji"nin SOCAR-a qalan borcu dövlət büdcəsi hesabına ödəniləcək: "Kommunal xidmətlərin qiymətlərinin artırılmasının təsirləri qiymətləndirilib. Mənfi təsirlərin yumşaldılması üçün əlavə sosial yardımlar göstəriləcək. Əlavə gəlirlər hesabına ünvanlı sosial yardıma əlavə vəsait ayrılacaq və ehtiyac meyarı artırılacaq".(Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu