Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2017-ci ilin əvvəlində istifadəyə veriləcək


Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2017-ci ilin birinci rübündə istismara veriləcək.

"TRT Haber" telekanalı xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım gürcüstanlı həmkarı Georgi Kvirikaşvili ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, layihə tamamlanmaq üzrədir.

Öz növbəsində G.Kvirikaşvili qeyd edib ki, Bakı-Tbilisi-Qars layihəsi Türkiyə, Gürcüstan və Azərbaycan arasında mövcud olan əməkdaşlığın vacib elementidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu