Dövlət-özəl investisiya fondu yaradıla bilər


2018-ci ildə Azərbaycanda dövlət-özəl investisiya fondu yaradıla bilər.

Bu barədə Azərbaycan Prezidentinin 2016-ci il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Sənəddə qeyd edilir ki, dövlət-özəl investisiya fondunun yaradılması ilə bağlı təhlillər İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə aparacaq.

Yol xəritəsində bildirilir ki, yaradılması məqsədəuyğun hesab edildikdə, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, investorlar üçün investisiya gəlirlərini aydın şəkildə hesablamaqla, o cümlədən müxtəlif növ investisiyaların (məsələn, infrastruktur, istehsal və emal) bölgüsünü təqdim etməklə və maliyyələşdirilməsi nəzərdə tutulan layihələrin seçilməsi üçün müvafiq meyarları tətbiq etməklə fondun strukturu, həcmi və fond vəsaitlərinin gələcək istifadəsinə nəzarət edən monitorinq mexanizminin yaradılması ilə bağlı təkliflər hazırlayacaq".

Kənd təsərüffatı sahəsi üzrə müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 1,17 milyard manat investisiya tələb olunur. Strateji yol xəritəsində nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcək: dövlət büdcəsi, büdcədənkənar fondlar, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti, Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti, yerli büdcələr, birbaşa xarici investisiyalar, qiymətli kağızlar, yerli kreditlər və qrantlar, beynəlxalq təşkilatların, xarici dövlətlərin kreditləri və s.(Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu